IMAGE

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ədliyyə Nazirliyi ağacəkmə aksiyası keçirib

Ədliyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində  ağacəkmə aksiyası keçirilib.

Aksiyada ədliyyə nazirinin müavini Abiddin Hüseynov və ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev də iştirak edib.

Aksiya zamanı Ədliyyə Nazirliyinin əməkdaşlarının və "Ekologiya könüllülərinin" iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

iacca
iap
business ready
eplc
Ən Tez