25-11-2024 | 13:49 340
Mediatorlar və mediasiya təşkilatları barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya edilib. Bu proses Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun Mediasiya Şurası ilə qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Belə ki, Vahid Məhkəmə Portalında “Mediatorlar” bölməsi yaradılıb. Artıq vətəndaşlar mediatorlar və mediasiya təşkilatları barədə məlumatları “Vahid Məhkəmə Portalı”ndan əldə edə bilərlər. Həmçinin mediasiya prosesində iştirak üçün elektron formada müraciət edə və Mediasiya Şurasının hesabatları ilə tanış ola bilərlər.
Bu funksiyalardan istifadə imkanlarını nəzərdə tutan video təlimatla linkə keçid edərək tanış olmaq mümkündür.