29-11-2024 | 16:14 68
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Ədliyyə Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupu tərəfindən mediasiyaya dair qanunvericilik tənzimlənməsi mövzusunda maarifləndirici materiallar hazırlanıb.
Materiallarda mediasiyaya dair əsas tənzimləmələr, bu sahədə mövcud hüquqi baza, mediasiya prosesində iştirak edəcək şəxsləri maraqlandıran suallar və cavablar, mediasiya ilə bağlı hesabatlılıq və digər məsələlər öz əksini tapıb.
Materialların hazırlanmasında məqsəd mübahisələrin məhkəmədən kənar alternativ həll yolu olan mediasiya sahəsində məlumatlılığın artırılmasıdır.