IMAGE

Nazirliyin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür.

Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ədliyyə naziri Fərid Əhmədov, nazirliyin rəhbər heyəti və kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Daha sonra nazirliyin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyulub, xatirəsi ehtiramla yad edilib.


iacca
iap
business ready
eplc
Ən Tez