IMAGE

Ədliyyə nazirinin müavini Halle-Vittenberq Universitetinin professor və müəllim heyəti ilə görüşüb

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov gənc hüquqşünaslar üçün təşkil edilən “Lex Camp” - qış düşərgəsində spiker qismində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professor və müəllim heyətini qəbul edib. 

Görüşdə gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən layihələr, xüsusilə “Lex Camp” qış düşərgəsinin əhəmiyyəti, Ədliyyə Nazirliyi ilə Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında gələcəkdə mümkün əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bu kimi tədbirlərin təşkilinin gənclərin hüquq sahəsinə marağını artırmaqla yanaşı, beynəlxalq əlaqələrin gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinə töhfə verməsinə diqqət çəkilib.

Görüşdən sonra qonaqlar nazirliyin inzibati binasında ədliyyə tarixinə həsr olunan muzeylə tanış olublar.

iacca
iap
business ready
eplc
Ən Tez