IMAGE

Ədliyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi barədə elan

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyası tərəfindən verilən elana əsasən, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin qeydiyyatı prosesi başa çatıb.

İctimai Şura üzvlüyünə 10 nəfərin namizədliyi qeydə alınıb (siyahı əlavə olunur). Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi isə 7 nəfər müəyyən edilib.

Seçki Komissiyasının qərarına əsasən İctimai Şura üzvlüyünə seçkilər 21 aprel 2025-ci il tarixində saat 11:00-dən 15:00-dək Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin inzibati binasında (ünvan: Bakı şəhəri, Azadlıq prospekti 72) vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncağı şəklində keçiriləcəkdir.

Namizədlər gizli səsvermə yolu ilə seçiləcək və səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər Şuraya üzv seçilmiş hesab olunacaqlar.

Seçkilərdə səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutlarından seçki gününə on gün qalanadək (11 aprel 2025-ci il, saat 18:00-dək) öz təmsilçiləri (1 nəfər olmaqla) haqqında zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri və əlaqə vasitəsi, həmçinin şəxsiyyət vəsiqəsinin və vətəndaş cəmiyyəti institutunun üzvüdürsə, həmin üzvlüyü təsdiq edən sənədin surəti) ictimaishura@justice.gov.az elektron poçt ünvanına göndərməklə Seçki Komissiyasına təqdim etmələri xahiş olunur.

İctimai Şura üzvlüyünə qeydə alınmış namizədlərin siyahısı:

1. Bənənyarlı Səadət İzzət qızı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai birliyinin sədri

2. Cəfərova Novella Cəfər qızı – “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai birliyinin sədri

3. Əkbərov Fariz Vahid oğlu – “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai birliyinin sədri

4. Əliyev Əmir İbrahim oğlu – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai birliyinin sədri

5. Əsgərova Mətanət Paşa qızı – Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının, Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının professoru, hüquq elmləri doktoru

6. Fərzəliyev Əli Vələhəd oğlu – “Azərbaycan Hüquqşünasları Konfederasiyası” İctimai birliyinin katibi

7. İsmayılov Xəyyam Cəbrayıl oğlu – BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru

8. Qənizadə Çingiz Aşralı oğlu – “Demokratiya və İnsan Hüquqları Komitəsi” İctimai birliyinin sədri

9. Qocamanlı Səltənət Məmməd qızı – “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai birliyinin sədri

10. Lətifov Kamil Ceyhun oğlu – “Gənc Hüquqşünaslar” İctimai birliyinin sədri.


iacca
iap
business ready
eplc
Ən Tez