Vətəndaşların nəzərinə!

Mətbuatda xəbər verildiyi kimi, Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən mayın 24-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Lənkəran rayonlarlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 10:00-da Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev parkı) keçiriləcəkdir.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Lənkəran regional ədliyyə şöbəsi (telefonu: (02171) 4-26-72; 050-331-18-81; Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi 15), habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez