13-06-2013 | 04:02 1001
Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşmüşdür.
Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti müzakirə olunmuş, məhkəmə hakimiyyətinin müstəqilliyi, vətəndaşların ədalət mühakiməsinə çatımlığının asanlaşdırılmasına xidmət edən məhkəmə infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin tətbiqi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, habelə penitensiar sistemin islahatı və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Həmməruzəçilər ölkəmizdə gedən demokratik prosesləri diqqətlə izlədiklərini bildirmiş, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlıqlarını ifadə etmişlər.