24-07-2013 | 04:02 1934
Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən iyulun 30-da Gəncə şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbulda Gəncə və Naftalan şəhərlərində, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər və Tovuz rayonlarlarında yaşayan vətəndaşların, habelə Xocalı və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaqdır.
Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Gəncə regional ədliyyə şöbəsi (ünvan: Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonları: (022) 254-48-21, 070-336-18-55, 050-222-46-46), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.