Vətəndaşların nəzərinə!

Mətbuatda xəbər verildiyi kimi, Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən iyulun 30-da Gəncə şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Gəncə və Naftalan şəhərlərində, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər və Tovuz rayonlarlarında yaşayan vətəndaşların, habelə Xocalı və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 11:00-da Gəncə regional ədliyyə şöbəsində (ünvan: Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi) keçiriləcəkdir.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Gəncə regional ədliyyə şöbəsi (telefonu: (022) 254-48-21, 070-336-18-55, 050-222-46-46), habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez