Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqədə iştirak edən namizədlərin nəzərinə

Məlumat verildiyi kimi, ədliyyə orqanlarının yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə açıq müsabiqə və müsahibələrdə müvəffəqiyyət qazanmış böyük bir qrup gənc mütəxəssis bu ərəfədə ədliyyə orqanlarına quluğa qəbul olunmuşlar.

Həmçinin xatırladırıq ki, ədliyyə orqanlarında kadrlara olan ehtiyacı nəzərə alaraq cari ilin avqust ayının 15-də elan edilmiş növbəti açıq müsabiqə üzrə hazırda ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin qəbulu davam edir. Əlavə məlumat Nazirliyin internet səhifəsindən, eləcə də  538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.

Müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası onların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə cari ilin oktyabr ayının ikinci yarısından etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında müvafiq hazırlıq kursunun təşkilinə başlayır.

Kursda iştirak etmək istəyən namizədlərin ərizələri Ədliyyə Akademiyasında (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31) qəbul olunur.

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez