Ədliyyə nazirinin Xaçmazda vətəndaşların qəbulunun vaxtı dəyişmişdir

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Xaçmazda vətəndaşların noyabrın 14-nə nəzərdə tutulan qəbulunun vaxtı əhalinin rahatlığı üçün noyabrın 16-na (şənbə gününə) keçirilmişdir.

Həmin gün saat 12:30-dan etibarən Xaçmaz regional ədliyyə şöbəsinin yeni binasında keçiriləcək qəbulda Xaçmaz və Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaqdır.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Xaçmaz regional ədliyyə şöbəsi (Ünvan: Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 10a, əlaqə telefonları: (023) 325-18-88, (023) 325-17-96, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez