23-12-2013 | 04:02 2077
Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 26-da İmişli rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Həmin gün saat 13:00-dan etibarən İmişli regional ədliyyə şöbəsinin yeni binasında keçiriləcək qəbulda Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Füzuli rayonlarında yaşayan vətəndaşların, habelə Xocavənd və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərin ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar İmişli regional ədliyyə şöbəsi (ünvan: İmişli şəhəri, P.Hüseynov küçəsi 59; əlaqə telefonları: (02124) 6-12-13, (02124) 6-26-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.