29-12-2013 | 04:02 2029
Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən 2014-cü il yanvarın 8-də Qəbələ rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbulda Qəbələ, Oğuz və İsmayıllı rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Qəbul saat 11.00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 May küçəsi, 40) keçiriləcəkdir.
Bildirilir ki, vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (telefonu: (02424) 4-34-48; 4-43-47), habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Qəbələ Mədəniyyət Mərkəzində yazıla bilərlər. Bayram və istirahət günlərində qəbula (055) 634-85-15, (055) 652-07-07 nömrəli telefonlarla yazılmaq mümkündür.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət olunmalıdır.