13-01-2014 | 04:02 1052
Nazirliyin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə 2013-cü ilin noyabr ayının 16-da keçirilmiş test imtahanının nəticələrinə görə uğur qazanmış namizədlərin, qaydalara müvafiq olaraq sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatmışdır.
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılmış və onlarla fərdi qaydada söhbət keçirilməsinə 2014-cü ilin yanvar ayının 15-dən etibarən başlanması qərara alınmışdır.
Bununla bağlı hər bir namizədə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) keçiriləcək söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.