İtaliyanın ölkəmizdəki səfiri ilə Ədliyyə Nazirliyində görüş

Fevralın 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə görüşmüşdür.

Azərbaycanın İtaliya ilə dostluq və səmərəli əməkdaşlığını qeyd edən nazir ikitərəfli münasibətlərin inkişafında ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulamış, 2005-ci ildə Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun hüquqi əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirmişdir. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları barədə məlumat vermiş, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu, təcrübə mübadiləsinin hər iki tərəf üçün faydasını qeyd etmişdir.

Azərbaycanın İtaliya üçün vacib ölkə olduğunu bildirən səfir ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin böyük uğurla davam etdiyini vurğulamış, respublikamızın gündən-günə dinamik tərəqqisini təqdir edərək hüquqi sahədə əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləmiş, bunun üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez