17-04-2009 | 04:02 991
Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 2008-ci ilin noyabr ayından həyata keçirilən sənəd qəbulu bu il aprel ayının 30-da başa çatacaqdır.
Xatırladırıq ki, namizədlər onlara kömək məqsədilə hazırlanmış "Yaddaş kitabçası"nı bütün iş günləri saat 9-dan 18-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) şəxsiyyət vəsiqələrini təqdim etməklə götürə bilərlər.
Namizədlər qulluğa qəbulla əlaqədar keçiriləcək test imtahanının vaxtı və yeri, həmçinin, "İmtahana buraxılış vərəqəsi"nin təqdim edilməsi barədə əvvəlcədən məlumatlandırılacaqlar.
Əlavə məlumat almaq üçün 430-01-18, 430-11-05 nömrəli telefonlarla müraciət etmək olar.