28-02-2014 | 04:02 1928
Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən martın 5-də Şamaxı şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbul saat 11.00-dan etibarən Heydər Əliyev Mərkəzində təşkil ediləcəkdir.
Qəbulda Şamaxı şəhərində, Qobustan və Ağsu rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (əlaqə telefonu: (02027) 4-13-10; habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət olunmalıdır.