07-04-2014 | 04:02 879
Məlumat verildiyi kimi, Ədliyyə Nazirliyinin kadr korpusunun layiqli gənc mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə cari ilin fevral ayının 15-də elan edilmiş növbəti açıq müsabiqə üzrə hazırda ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin qəbulu davam edir. Əlavə məlumat Nazirliyin internet səhifəsindən (www.justice.gov.az), eləcə də 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.
Müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası onların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə cari ilin aprel ayının 14-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında müvafiq hazırlıq kursunun təşkilinə başlayır.
Kursda iştirak etmək istəyən namizədlərin ərizələri Ədliyyə Akademiyasında (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31) qəbul olunur.
Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.