12-04-2014 | 04:02 2198
Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən aprelin 17-də Abşeron rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı rayonlarında yaşayan vətəndaşların, habelə Şuşa şəhəri və Qubadlı rayonundan olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Qəbul saat 11:00-da Abşeron rayon Mədəniyyət Evində (ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti 247) keçiriləcəkdir.
Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Sumqayıt regional ədliyyə şöbəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12; əlaqə telefonları: (01865) 4-50-91; (01865) 5-18-42; (01865) 5-57-45), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.