Xüsusi biliyə malik mütəxəssislər üçün Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə işə qəbulla bağlı müsabiqə davam edir

Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Xatırladırıq ki, Məhkəmə ekspertizası mərkəzində vakant ştat vahidləri əsasən inşaat, energetika və nəqliyyat sahəsində mühəndislik, yol hərəkətinin təşkili, kimya, mühasibat uçotu və audit, maliyyə ixtisasları üzrədir.

Mərkəzə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və qanunvericiliyin tələblərinə cavab verən yüksək hazırlıqlı və təcrübəli Azərbaycan Respublikasının vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər.

Eyni zamanda Mərkəzin Gəncə regional bölməsinə biologiya, Şəki regional bölməsinə fizika, Şirvan regional bölməsinə kimya ixtisaslı yuxarıda göstərilən tələblərə cavab verən şəxslər qulluğa qəbula dəvət olunurlar.

Ərizə və sənədlər Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında (Bakı şəhəri, Xəqani küçəsi, 14) bütün iş günləri qəbul edilir.

Qulluğa qəbulla bağlı digər aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə Mərkəzin internet səhifəsində (www.expert.gov.az) tanış olmaq, eləcə də 498-09-71, 493-18-52 telefonları vasitəsilə əlavə məlumat almaq olar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez