Ədliyyə Nazirliyində Avropa Şurasının həmməruzəçiləri ilə görüş

Mayın 21-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası (AŞ) Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşdür.

Nazir Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edərək AŞ-nin Baş katibi T.Yaqlandın ölkəmizə səfərinin və ötən gün təqdimatı keçirilmiş AŞ-nin 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının qarşılıqlı fəaliyyətə əlavə töhfə verəcəyini bildirmişdir.

Qonaqlar Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduqdan sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətindən məmnunluğunu bildirmiş, ölkəmizə səfərinin məqsədlərindən danışmış, Monitorinq Komitəsi olaraq 14 dövlətdə monitorinqlər apardıqlarını söyləmişlər. Həmməruzəçilər həmçinin, məhkəmə-hüquq sistemində mütərəqqi islahatlara toxunmuş, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və məhkəmə sisteminə inamın artırılmasına yönələn tədbirlərlə maraqlanmışlar.

Məhkəmə-hüquq sistemində islahatların uğurla davam etdirildiyini bildirən F.Məmmədov bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsi, hakimlərin müstəqilliyinin yüksəldilməsi, onların əmək haqlarının xeyli artırılması, inzibati ədliyyənin uğurlu fəaliyyəti, müasir məhkəmə infrastrukturunun yaradılması və s. barədə məlumat vermişdir.

Görüşdə digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez