Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyunun 20-də Hacıqabulda vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Hacıqabul, Neftçala, Sabirabad və Salyan rayonlarında, habelə Şirvan şəhərində yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Hacıqabul rayonu, İsmət Qayıbov küçəsi, 7) keçiriləcəkdir.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Şirvan regional ədliyyə şöbəsi (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17; əlaqə telefonları: (0197) 5-15-66; (0197) 5-60-23; (0197) 5-67-27, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez