Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyulun 4-də Siyəzəndə vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Siyəzən, Şabran, Xızı, Abşeron rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Ünvan: Siyəzən şəhəri, H.Əliyev küçəsi, 90) keçiriləcəkdir.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Xaçmaz regional ədliyyə şöbəsi (Ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, bina 17, əlaqə telefonları: (02332) 5-18-88, (02332) 5-17-96, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez