Ədliyyə Nazirliyində görüş

IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Roma Apellyasiya Məhkəməsinin baş vəkili Antonio Marini Ədliyyə Nazirliyində olub.

Ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşdə İtaliya və Azərbaycan arasında hərtərəfli münasibətlərin inkişafı, bu əlaqələrin dövlət başçılarının, həmçinin, parlamentlərarası işçi qruplarının qarşılıqlı səfərləri çərşivəsində daha da möhkəmləndiyi bildirilib. Diqqətə çatdırılıb ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları nəticəsində qanunvericilik bazası Avropa standartlarına uyğunlaşdırılıb, məhkəmə sistemi təkmilləşdirilib, infrastruktur müasirləşdirilib, hakimlərin ən şəffaf seçim qaydası təsbit olunub.

A.Cəfərov ölkələrimiz arasında möhkəm müqavilə bazasına söykənən faydalı hüquqi əməkdaşlıqdan, Ədliyyə nazirlikləri arasında səmərəli işgüzar əlaqələrdən danışıb, Azərbaycan və İtaliyanın Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasında uğurlu təmsilçiliyini və korrupsiyaya qarşı ciddi mübarizədə iştirakını vurğulayıb.

Ölkəmizdə ilk dəfə səfərdə olduğunu bildirən qonaq Azərbaycanda böyük inkişafın şahidi olduğunu bildirib, məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimini təqdir edib, öz ölkəsində məhkəmə sistemində mövcud problemlərin aradan qaldırılması üçün, habelə korrupsiya ilə mübarizədə bir çox Avropa dövlətlərinin, o cümlədən Azərbaycanın təcrübəsindən bəhrələnmək niyyətində olduğunu söyləyib. A.Marini ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə hazır olduğunu bildirib.

Görüşdə həmçinin, terrorçuluqla mübarizə məsələləri müzakirə olunub, Azərbaycanın erməni terrorizmindən əziyyət çəkməsi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı diqqətə çatdırılıb.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyində olub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez