Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqədə iştirak edən namizədlərin nəzərinə

Ədliyyə Nazirliyinin yeni nəsil kadrlarla komplektləşdirilməsi məqsədilə cari ilin sentyabr ayının 17-də elan edilmiş növbəti açıq müsabiqə üzrə hazırda ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin qəbulu davam edir. Əlavə məlumat Nazirliyin internet səhifəsindən, eləcə də  538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.

Müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, əvvəlki illərdə olduğu kimi Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası onlar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə noyabr ayının 3-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil edir.

Kursda iştirak etmək istəyən namizədlər Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez