Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqə iştirakçılarının nəzərinə

Nazirliyin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 19.11.2014-cü il tarixdə keçirilmiş növbəti test imtahanından uğur qazanmış namizədlərin, qaydalara müvafiq olaraq sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatıb. 

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılıb və onlarla söhbət keçirilməsinə 2015-ci ilin fevral ayının 3-dən etibarən başlanılacaqdır. 

Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək söhbətin tarixi və vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.

Eyni zamanda bildiririk ki, nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114,  www.penitensiar.justice.gov.az, tel: 493-64-41) və tibb xidmətlərinə (Bakı şəhəri, C.Hacıbəyli küçəsi 16 və 18, tel: 493-30-91), həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə (Bakı şəhəri, Xəqani küçəsi 14, www.expert.gov.az, tel: 498-09-71) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu həmin qurumlarda fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez