Ədliyyə Nazirliyində görüş

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Fransa Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Qabriel Kellerlə görüşmüşdür.

Dövlətlərimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini razılıqla qeyd edən nazir Azərbaycanda aparılan demokratik islahatlardan, ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən əsaslı tədbirlərdən danışaraq, iki ölkənin Ədliyyə Nazirlikləri arasında imzalanmış Sazişin əməkdaşlıq üçün real imkanlar yaratdığını, fransalı həmkarlarla konkret birgə tədbirlərin səmərəsini vurğulamışdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq, ölkələrimiz arasında hüquqi əlaqələrin genişlənməsinə çalışacağını söyləmiş, həyata keçirilən islahatlar, məhkumların hüquqlarının təmin olunması istiqamətində görülən işlərlə, əfv və amnistiya institutları ilə maraqlanmışdır.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, ölkəmizin Fransa dövlətinin hazırda sədrlik etdiyi Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlığı və birgə layihələr ətrafında fikir mübadiləsi aparılmışdır.

Tədbirdən sonra qonaq Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez