Ədliyyə Akademiyasında “ASAN xidmət” mərkəzləri əməkdaşları üçün ixtisasartırma kursu keçirilib

Respublikamızda ümumbəşəri sosial bəla olan korrupsiyanın qarşısının alınmasına xüsusi önəm verilərək, ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə bu sahədə ciddi mübarizə aparılır, vətəndaş məmnunluğuna yönələn şəffaf və elektron xidmətlərin tətbiqi daha da genişləndirilir. Dövlət başçısının təşəbbüsü ilə yaradılmış və Azərbaycanın brendi sayılan, ədliyyə orqanlarının da müxtəlif mühüm xidmətlər göstərdiyi "ASAN xidmət" mərkəzlərinin uğurlu fəaliyyəti cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə təqdir olunur və bu təcrübə Azərbaycan modeli kimi böyük maraq doğurur.

Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində kadrların bilik və bacarıqlarının, peşəkarlığının yüksəldilməsi, etik qaydalara dönmədən əməl olunması, ixtisaslarının artırılması daim diqqətdə saxlanılır, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ədliyyə Akademiyası arasında səmərəli əlaqələr qurularaq hüquqşünaslar ixtisasartırma kurslarına cəlb olunurlar.

Bu günlərdə "ASAN xidmət" mərkəzlərində ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən 30 nəfər dövlət qulluqçusu peşə və ixtisas üzrə biliklərinin artırılması məqsədilə Ədliyyə Akademiyasında ixtisasartırma kursu keçiblər.

Kursun proqramına uyğun olaraq xidmət əməkdaşlarına qanunvericiliyə və təcrübi əhəmiyyət kəsb edən aktual məsələlərə dair mövzular tədris olunub, korrupsiyaya qarşı mübarizə, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının xüsusiyyətləri, Notariat hərəkətlərinin aparılmasının əsas qaydaları, Notariat təcrübəsində əqdlərin təsdiq edilməsinin ümumi şərtləri, Əmək müqaviləsi: bağlanması, dəyişdirilməsi və xitam olunması əsasları və digər mövzulara xüsusi diqqət yetirilib.

Hüquqşünaslar bu bilgilərin onların peşəkarlıqlarının artırılmasına və vətəndaşların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edəcəyini qeyd ediblər.

Sonda iştirakçılara sertifaklar təqdim edilib.

Tədris tədbirləri silsilə xarakter daşıyır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez