02-05-2015 | 04:02 796
Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən həkim-ftiziatr, həkim-psixiatr, həkim-psixiatr-narkoloq, həkim-statistik, həkim-terapevt, həkim-cərrah, feldşer və tibb bacısı (qardaşı) ixtisaslı və ya bu ixtisaslar üzrə işləmək hüququna malik Azərbaycan Respublikasının vətəndaşları tibb xidmətində çalışmaq üçün müsabiqəyə dəvət olunur.
Xatırladırıq ki, vakant ştat vahidləri əsasən cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının tibb xidmətlərindədir.
Şəki penitensiar müəssisəsinin tibb xidmətində həkim-psixiatr-narkoloq, həkim-infeksionist, şüa diaqnostikası üzrə həkim (rentgen və USM) ixtisaslı kadrlara ehtiyac xüsusi qeyd edilir.
Müsabiqədə iştirak etmək üçün sənədlər Tibb baş idarəsinin inzibati binasında qəbul olunur (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 16 və18).
Tibb xidmətinə qulluğa qəbulla bağlı aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə Nazirliyin internet səhifəsində və aşağıdakı telefonlar vasitəsilə əlavə məlumat almaq olar:
- Ədliyyə Nazirliyi üzrə tel.: 538-01-62.
- Nazirliyin tibb xidməti üzrə tel.: 493-06-50, 493-30-91.
Arzu edənlərin müsabiqədə iştiraklarından məmnun olardıq.