Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən vətəndaşların sənədlərinin qəbulu davam edir

Məlumat verildiyi kimi Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notarius vakansiyalarının yaranması ilə əlaqədar notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbuluna cari ilin sentyabr ayının 1-dən başlanılmış və hazırda sənəd qəbulu davam edir.

Arzu edən şəxslər sənədlərini bütün iş günləri saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) təqdim edə bilərlər.

Əlavə məlumatları nazirliyin internet saytından, habelə 404-42-19, 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez