Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil ədliyyə işçiləri ilə komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlərin davamı olaraq hazırda Müsabiqə Komissiyası qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edir.

Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Müsabiqədə iştirak etmək arzusunda olan şəxslərin ərizələri 2015-ci ilin oktyabr ayının 14-dən etibarən bir ay ərzində qəbul ediləcək.

Xatırladırıq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə təqdim olunması kifayətdir (ərizə formasıwww.justice.gov.az internet səhifəsindən, Nazirlikdən və ya regional ədliyyə şöbələrindən əldə etmək mümkündür). Hazırkı müsabiqədə namizədlərin iştirakını daha da asanlaşdırmaq məqsədilə onlara ərizələrini Nazirliyin internet səhifəsi vasitəsilə elektron formada təqdim etmək imkanı yaradılmışdır.

Bununla belə, ərizə aşağıda göstərilən ünvanlarda, yaxud poçt vasitəsilə də təqdim edilə bilər:

- Nazirliyin inzibati binasında,
(Bakı şəhəri, İnşaatçılar prospekti 1, tel.: (012) 538-01-62, 537-05-90);

- Şəki regional ədliyyə şöbəsində,
(Şəki şəhəri, 20 yanvar küçəsi 94, tel.: (02424) 4-32-18);

- Sumqayıt regional ədliyyə şöbəsində,
(Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/11, tel.: (01865) 4-50-91);

- Şirvan regional ədliyyə şöbəsində,
(Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, tel.: (02121) 5-15-66);

- İmişli regional ədliyyə şöbəsində,
(İmişli şəhəri, S.Qazıyeva küçəsi 12A, tel.: (02124) 6-26-94);

- Xaçmaz regional ədliyyə şöbəsində,
(Xaçmaz şəhəri, H.Əliyev prospekti 17, tel.:  (02332) 5-18-88);

- Göyçay regional ədliyyə şöbəsində,
(Göyçay şəhəri, Nizami küçəsi 111, tel.: (02027) 4-30-41);

- Lənkəran regional ədliyyə şöbəsində,
(Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15, tel.: (02525) 4-26-72);

- Bərdə regional ədliyyə şöbəsində,
(Bərdə şəhəri, H.Əliyev prospekti 77, tel.: (02020) 5-43-07);

- Şəmkir regional ədliyyə şöbəsində,
(Şəmkir şəhəri, H.Əliyev prospekti 2, tel.: (02230) 5-48-81);

- Gəncə regional ədliyyə şöbəsində,
(Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi,  28 may küçəsi, tel.: (022) 254-48-21)

Test imtahanından uğur qazanmış namizədlərin "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"nda nəzərdə tutulmuş digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Eyni zamanda bildiririk ki, mövcud təcrübəyə əsasən əvvəlki illərdə olduğu kimi hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkili nəzərdə tutulmuşdur.   

Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez