Vətəndaşların nəzərinə!

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən oktyabrın 23-də Şəki şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Şəki, Oğuz və Qax rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 11:00-da Şəki regional ədliyyə şöbəsində (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi, bina 94) keçiriləcəkdir.

Bildirilir ki, vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (əlaqə telefonu: (02424) 4-32-18), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez