Vətəndaşların nəzərinə!

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən yanvarın 28-də Qobustan rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Qobustan, Şamaxı və Ağsu rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 11:00-da Qobustan İdman Kompleksində (ünvan: Heydər Əliyev prospekti, 5) keçiriləcəkdir.

Bildirilir ki, vətəndaşlar qəbula Sumqayıt regional ədliyyə şöbəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (01865) 5-57-45, (01865) 5-18-42), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Qobustan İdman Kompleksində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez