Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə işə qəbulla bağlı növbəti müsabiqə elan edilir.

Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında xüsusi biliyə və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Xatırladırıq ki, vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində əsasən kimya, fizika, riyaziyyat, filologiya, biologiya, əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi, psixologiya, ekologiya, ekologiya mühəndisliyi, inşaat mühəndisliyi, istilik energetikası mühəndisliyi, dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, elektrik mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yol hərəkətinin təşkili, mühasibat uçotu və audit, Mərkəzin Gəncə regional bölməsində biologiya, Şəki regional bölməsində fizika, Şirvan regional bölməsində isə kimya ixtisasları üzrədir.

Mərkəzə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və qanunvericiliyin tələblərinə cavab verən ali təhsilli, yüksək hazırlığa və təcrübəyə malik Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Namizədlər müəyyən olunmuş ərizə formasını və digər sənədləri aşağıda göstərilən ünvanlarda:

- Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında
(Bakı şəhəri, Xəqani küçəsi, 24, tel: 498-09-71, 493-18-52);

- Mərkəzin Gəncə regional bölməsində
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (0222) 65-18-96);

- Mərkəzin Şəki regional bölməsində
(Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (070) 229-30-29);

- Mərkəzin Şirvan regional bölməsində
(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91)

təqdim edə bilərlər.

Müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin, sualların hazırlanmasında istifadə olunan hüquqi aktların siyahısı, müsahibənin keçirilməsi qaydaları, həmçinin qulluğa qəbulla bağlı digər aidiyyəti məsələlərlə Mərkəzin internet səhifəsində (www.expert.gov.az) tanış olmaq, 498-09-71, 493-18-52 telefonları vasitəsilə əlavə məlumat almaq olar. Həmçinin qeyd olunan sənədləri Mərkəzdə və onun regional bölmələrində əldə etmək mümkündür.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez