Ədliyyə orqanlarında Uşaqların Beynəlxalq Müdafiə Günü qeyd olunub

BMT Baş Assambleyasının müvafiq qərarına əsasən müəyyən edilmiş 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ölkəmizdə geniş qeyd edilir.

Bu münasibətlə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin uşaqların hərtərəfli inkişafına daim göstərdiyi yüksək qayğıdan, ölkəmizdə uşaq hüquqlarının etibarlı təmin olmasına xidmət edən qanunvericilik və institusional tədbirlərdən bəhs olunub, dövlət uşaq siyasətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyi, uşaqların sosial təminatının gücləndirilməsi, onların firavan və sağlam, yüksək mənəvi-əxlaqi mühitdə layiqli şəxsiyyət kimi yetkinləşməsi istiqamətində məqsədyönlü addımların atıldığı vurğulanıb. Həmçinin, bu sahədə həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun xidmətləri qeyd olunub.

Diqqətə çatdırılıb ki, demoqrafik inkişafa ciddi təsir edən uşaq doğumunun qanunvericiliyə müvafiq olaraq qeydiyyata alınması sahəsində Ədliyyə Nazirliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir, müasir elektron informasiya sistemləri tətbiq olunur, vətəndaşlar doğumun qeydə alınması üçün elektron ərizə ilə müraciət etmək imkanına malikdirlər. Həmçinin bu sahədə əhali arasında çoxsaylı maarifləndirmə və təbliğat işləri aparılır.

Əlamətdar gün münasibətilə yeni anadan olmuş 1.180 uşağın doğumu onların doğulduğu tibb müəssisələrində təntənəli şəraitdə qeydiyyata alınıb və şəhadətnamələr körpələrin valideynlərinə təqdim olunub.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez