04-07-2016 | 04:02 2043
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyulun 8-də Qax rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbulda Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Qəbul Qax rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov küçəsi, 4) keçiriləcəkdir.
Bildirilir ki, vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi, bina 94, əlaqə telefonu: əlaqə telefonu: (02424) 4-32-18 (055) 634-85-15), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, habelə Qax Rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.