Vərəsəlik hüququnun rəsmiləşdirilməsi təcrübəsinin ümumiləşdirilməsinə dair seminar keçirilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Qeydiyyat və notariat baş idarəsinin İş planına əsasən 2011-ci ilin I yarımilində Bakı şəhərinin və respublikanın rayon (şəhər) notariat kontorlarında vərəsəlik işlərinin rəsmiləşdirilməsi təcrübəsi öyrənilərək, ümumiləşdirilmişdir.


Ümumiləşdirmənin nəticəsi üzrə 2011-ci ilin noyabr ayında Bakı, Sumqayıt, Gəncə və Şirvan şəhərlərində dövlət və xüsusi notariusların, habelə regional ədliyyə şöbələrinin aidiyyəti əməkdaşlarının iştirakı ilə seminarlar keçirilmiş, vərəsəlik hüququnun rəsmiləşdirilməsi qaydası, qanunvericilikdə olan yeniliklər və normativ hüquqi aktların uyğunlaşdırılması barədə geniş məlumat verilmişdir.

iacca
iap
business ready
eplc
Ən Tez