Qeydiyyat və notariat baş idarəsində Avropa Şurasının nümayəndələri ilə görüş keçirilmişdir

Cari ilin aprelin 20-də Ədliyyə Nazirliyində Avropa Şurasının Bakı Ofisi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunmuş seminarda iştirak etmək məqsədilə Bakıda səfərdə olmuş Avropa Şurasının ekspertləri Yuta Qutzkou (Avropa Şurası Demokratiya Baş Direktoratının Vətəndaş Cəmiyyəti şöbəsinin müdiri), Tsiril Riçi (Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransının QHT qanunvericiliyi üzrə və Ekspert şurasının sədri) və Ceremi Makbrayd (Ekspert şurasının üzvü və Azərbaycan üzrə rəyin müəllifi) ilə görüş keçirilmişdir.

Görüş zamanı "Qeyri-hökumət təşkilatları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin insan hüquqları normaları ilə uyğunluğu haqqında" Avropa Şurasının Qanun Vasitəsilə Demokratiya Uğrunda Komissiyasının (Venesiya Komissiyası), habelə BQHT Konfransının Ekspert şurası tərəfindən hazırlanmış "Azərbaycanda 2009-cu ildə qeyri-hökumət təşkilatları  haqqında qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər və onların tətbiqi ilə əlaqədar" rəyləri üzrə müzakirələr aparılmışdır.

Nümayəndə heyətini maraqlandıran əsas məsələlər qeyri-hökumət təşkilatlarının qeydiyyatı proseduru, gələcək əməkdaşlıq baxımından perspektivlər, rəylər ətrafında fikir mübadiləsinin aparılması olmuşdur.

Müzakirə zamanı bildirilmişdir ki, hər iki rəydə bir sıra məsələlər üzrə Azərbaycan qanunvericiliyin müddəaları düzgün qiymətləndirilməmiş, bəzi müddəalar təhrif olunmuş, irəli sürülənlər qanunvericiliyin tələblərinə deyil ehtimala əsaslanmışdır. Nümayəndə heyətinin üzvlərinə rəylərdə göstərilənləri təkzib edən statistik məlumatlara əsaslanaraq qeyri-hökumət təşkilatlarının qeydiyyatı sahəsində mövcud vəziyyət barədə ətraflı məlumat verilmişdir.

Nümayəndə heyətinin üzvləri rəydə bir neçə məsələlərdə yanlışlıqlara yol verildiyini etiraf edərək bəzi təkliflər səsləndirmişlər.

Eyni zamanda qeyd olunmuşdur ki, hazırlanmış rəylər müvafiq istiqamətdə qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi baxımından Avropa Şurası və Avropa Birliyi ilə əməkdaşlığın həyata keçirilməsi üçün əsasdır.

Xanım Y.Qutzkou və cənab T.Riçi verilmiş ətraflı məlumatları və izahları yüksək qiymətləndirərək nəzərə alacaqlarını qeyd etmiş, keçirilmiş görüşə görə təşəkkürlərini və gələcəkdə əməkdaşlığın həyata keçirilməsində maraqlı olduğlarını bildirərmişlər.

iacca
iap
business ready
eplc
Ən Tez