02-07-2012 | 04:02 868
Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin aparıcı məsləhətçisi Vidadi Mayıl və Bakı şəhər 5 saylı notariat kontorunun xüsusi notariusu Elmar Kərimov Qazaxıstan Respublikası Notariat palatasının "Qazaxıstan notariatı: vəziyyəti, mərhələləri və qanunun, eləcə də Notariat Prosessual Məcəlləsinin layihəsi hazırlanır.
Rusiyanın Federal notariat palatasının Prezidenti M.Sazonova müasir dövrdə insan hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının təmin ediməsində notariatın rolunun ildən-ilə artdığını və bu institutun daim inkişaf etdirilməsinin vacib olduğunu bildirmişdir. Daha sonra Qazaxıstan Respublikasında notariusların sayına məhdudiyyətlərin ləğv edilməsinin müsbət hal olmadığını, məhdudiyyətləri aradan qaldırmış Latviya və Ukraynada bununla bağlı neqativ təcrübənin olduğunu nəzərə çatdırmışdır.
Proqram çərçivəsində nümayəndə heyətinə Astana şəhərinin notariat palatasının, notariat arxivinin və Astana şəhərinin notariusu J.Sabitoviçin işi ilə tanış olmaq imkanı yaradılmış, həmçinin Astana şəhərinin görkəmli yerləri ilə tanışlıq və mədəni-kütləvi tədbirlər təşkil edilmişdir.