Tbilisi şəhərinin Ədliyyə Evi ilə tanışlıq

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 13.07.2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır.

Dövlət Agentliyinin tərkibində vətəndaşlara dövlət orqanları tərəfindən xidmət göstərilməsini təmin edən "ASAN xidmət" mərkəzləri yaradılmışdır.

10-12 dekabr 2012-ci il tarixlərdə Dövlət Agentliyinin və müxtəlif orqanların Bakı şəhər 1 saylı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bölmələrinin əməkdaşları Gürcüstanın Tbilisi şəhərində ezamiyyətdə olmuşlar.

Səfər zamanı Ədliyyə Nazirliyini mərkəzdə fəaliyyət göstərən qeydiyyat şöbəsinin rəisi Rəşidə Rəcəbli və dövlət notariat kontorunun böyük dövlət notariusu Bəsti Tağızadə təmsil etmişlər.

Nümayəndə heyətimiz Tbilisi şəhərində fəaliyyət göstərən "Ədliyyə evi"ndə olmuş, həmin qurumun rəhbərliyi və məsul əməkdaşları tərəfindən keçirilən təqdimatı dinləmişlər. Həmçinin görüş zamanı "Ədliyyə evi"nin işi ilə tanışlıq keçirilmiş, müxtəlif bölmələrin vahid məkanda yerləşdirilərək əhaliyə xidmət göstərməsi və bu təcrübənin əhəmiyyəti barədə məlumat verilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez