Mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamlarında olan informasiya sistemlərində və ehtiyatlarında fərdi identifikasiya nömrəsinin tətbiq edilməsi ilə bağlı iclas keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin «Elektron hökumət» portalı haqqında Əsasnamə»nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə» 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə mərkəzi ən qısa müddətdə bu işin həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına bütün zəruri şəraiti yaratmışdır.

Tədbirə qatılan 60-a yaxın iştirakçıya Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması sahəsində görülmüş işlər barədə məlumat verilmiş, əhaliyə fərdi identifikasiya nömrələrinin verilməsi qaydası və həmin nömrələrin digər informasiya sistemlərində yerləşdirilməsi proseduru izah olunmuş, bu işləri əyani nümayiş etdirən video təqdimat keçirilmişdir.

Fərdi identifikasiya nömrəsinin informasiya sistemlərində yerləşdirilməsi işinin təşkili üçün, nazirlik tərəfindən hazırlanmış proqram təminatı, müraciətləri qısa müddət ərzində emal etmək gücündə olan serverlər və şəbəkə infrastrukturunun quruluşu barədə açıqlamalar verilmiş, müvafiq materiallar paylanılmışdır.

Tədbir zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılmış, bu istiqamət üzrə orqanlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez