18-03-2013 | 04:02 1712
Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı və notariuslardan ibarət nümayəndə heyəti cari ilin mart ayının 14-15-də Avropa Komissiyası və Almaniya Notariuslar Assosiasiyası tərəfindən təşkil edilmiş "Sərhədlərdən kənarda: notariusların hüquq sistemlərinə dəstək baxımından rolu" mövzusuna həsr olunmuş Almaniyanın Berlin şəhərində keçirilən seminarda iştirak etmişlər.
Tədbirdə həmçinin daşınmaz əmlakın alqı-satqısı və torpaq müqavilələrinin rəsmiləşdirilməsində, məhdud məsuliyyətli cəmiyyətlərin təsis olunması və qeydiyyata alınmasında notariusların rolu və fəaliyyət istiqamətləri müzakirə olunmuşdur. Seminarda iştirak edən digər ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Almaniya, Gürcüstan nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi və mövzu ətrafında müzakirələr aparılmış, təcrübə mübadiləsi edilmişdir. FAYDALI LİNKLƏRFaydalı linklər
|