Notariat sahəsinə dair ictimai müzakirələr keçirilmişdir

"Şəffaflıq Azərbaycan" ictimai birliyi tərəfindən təqdim edilən notariat sahəsinə dair tövsiyələrin icra vəziyyəti monitorinqi nəticələri üzrə hesabatın təqdimati ilə bağlı ictimai müzakirələr keçirilmişdir.

Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəhbərliyi, vətəndaş cəmiyyəti, KİV, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, "Bakıelektrikşəbəkə"nin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri "Şəffafliq Azərbaycan" ictimai birliyinin sədri R.Səfərəliyeva giriş nitqi ilə açmış və İctimai Birliyin hesabatı dinlənilmişdir.

Hesabatda "Şəffaflıq Azərbaycan" ictimai birliyinin notariat sahəsinə dair bir çox tövsiyələrinin həyata keçirildiyi, Ədliyyə Nazirliyinin innovativ ideyalara açıq olduğu və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı müsbət qiymətləndirilmişdir.

Notariat idarəsinin əməkdaşı Vidadi Mayıl çıxış edərək qloballaşma dövründə dövlətlər arasında iqtisadi sahədə rəqabətin geniş vüsət aldığını, iqtisadiyyata təkan verən mülki dövriyyənin azadlığının təmin olunmasında notariatın əhəmiyyətinin artdığını, xüsusi qaydada notariat fəaliyyətinin uğurla həyata keçirildiyini, bu institutun tətbiqi təcrübəsinin təhlil edilərək müvafiq qanunvericiliyə dəyişikliklər olunması haqqında təkliflərin verildiyini qeyd etmişdir.

V.Mayıl daha sonra Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarının icrası ilə bağlı qeydiyyat və notariat sahəsində görülmüş tədbirlər haqqında məlumat vermiş, vətəndaş cəmiyyəti ilə işgüzar əlaqələrin qurulduğunu, şəffaflığın artırılması məqsədilə qeydiyyat şöbələrində və notariat kontorlarında dövlət rüsumu və xidmət haqlarına dair ödəniş rejimində fəaliyyət göstərən universal elektron xidmət köşklərinin quraşdırılması, eləcə də daşınmaz əmlakın qeydiyyatı orqanları ilə notariuslar arasında məlumat mübadiləsi üzrə işlərin davam etdirildiyini, yaxın vaxtlarda "Elektron notariat" informasiya sisteminin istifadəyə veriləcəyini bildirmişdir.

Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanov notariat fəaliyyətinə dair iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez