Qazaxıstan Respublikasının Astana şəhərində “Ər-arvadın əmlak münasibətlərinin müxtəlif rejimləri” və “Surroqat analıq məsələlərinin hüquqi tənzimlənməsi” mövzusunda beynəlxalq seminar keçirilmişdir

Qazaxıstan və Rusiya Federal notariat palatalarının Astana şəhərində 15-16 may 2014-cü il tarixində təşkil etdiyi beynəlxalq seminarda Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin əməkdaşı Vidadi Mayıl nikahların bağlandığı bildirilmişdir.

Qeyd edilmişdir ki, ər-arvadın əmlak münasibətlərinin tənzimlənməsində nikah müqavilələri mühüm rol oynayır. Bu müqavilənin bağlanması yolu ilə tərəflər qanunla müəyyən edilmiş ümumi əmlak rejiminin dəyişdirilməsi, bütün əmlaka və ya onun ayrı-ayrı növlərinə paylı və ya ayrıca mülkiyyət rejimini, eləcə də əmlak münasibətlərinə dair istənilən digər halları müəyyən etmək imkanı əldə edirlər.

Litva və Latviyada nikah müavilələrinin dövlət registri yaradılmış və notariuslar müvafiq ödənişlər (təxminən üç avro) müqabilində bu registrə daxil olaraq müqavilələrin elektron mətnini əldə edirlər.

Surroqat analığa dair qanunvericilikdə boşluqların olması vurğulanmışdır. Məsələn, Rusiya Federasiyasının qanunvericiliyində surroqat ana ilə uşağın bioloji valideynlərinin münasibətlərini tənzimlənməyən normaların olmadığına görə bəzi hallarda surroqat analar doğulmuş uşağı bioloji valideynlərinə verməkdən imtina edirlər və ya bunun müqabilində əlavə mükafat tələb edirlər.

Fransa, Almaniya, Avstriya, Norvec və ABŞ-ın bəzi ştatlarında isə surroqat analıq tam olaraq qadağan edilmişdir.

Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin əməkdaşı Vidadi Mayıl "Azərbaycan Respublikasında ər-arvadın əmlak münasibətlərinin hüquqi tənzimlənməsi məsələləri" mövzusu üzrə seminarda məruzə ilə çıxış etmişdir.

Ulu Öndər Heydər Əliyevin və tanınmış mütəfəkkirlər A.Çexov, V.Hüqo və A.Şopenhauerin ailə münasibətləri haqqında fəlsəfi fikirləri, Qədim Romada ailə münasibətlərinin hüquqi təbiəti, Azərbaycanda ailə institutuna dövlət qayğısı və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında məruzədə edilmiş qeydlər maraqla qarşılanmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez