15-09-2014 | 04:02 873
Beynəlxalq Notariat İttifaqının və Gürcüstan Notariat palatasının "Notariat müasir cəmiyyətin xidmətində" mövzusunda Tbilisi şəhərində 2014-cü ilin 12-13 sentyabr tarixində təşkil etdiyi Beynəlxalq konfransda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin aparıcı məsləhətçisi Vidadi Mayıl, xüsusi notariuslar Daxil Kərimov, Abdı Şirinov, İlham Hüseynov və Dəyanət Tağıyev iştirak etmişlər.
Tədbirdə həmçinin Almaniya, İtaliya, Yunanıstan, Litva, Latviya, Ukrayna, Moldova, Belarus və Qazaxıstan notariatının nümayəndələri iştirak etmişlər.
"Notariat etikası və müasir cəmiyyətdə notariat peşəsinin təşkili", "Notariusla rəhbər orqanları arasında əlaqə", "Notarius və Dövlət reyestrləri" məsələləri konfransda müzakirə olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Gürcüstanın ədliyyə naziri Tea Sulukiani, Beynəlxalq Notariat İttifaqı Beynəlxalq Notariat Əməkdaşlığı Komissiyasının sədri Mişel Merlotti və Gürcüstan Notariat palatasının sədri Nino Xoperiya bu tədbirin Qafqaz miqyasında notariat fəaliyyətinin möhkəmləndirilməsi məqsədilə keçirildiyini qeyd etmişlər.
Məlumat verilmişdir ki, hazırda dünya ölkələrində üç yüz minə yaxın notarius fəaliyyət göstərir. 86 ölkənin notariatı Beynəlxalq Notariat İttifaqının üzvüdür. Notariat sülhün və qanunçuluğun dayağıdır. Notariat xidmətlərinin vasitəsilə əqdlərin, pul vəsaitlərinin hərəkətinin şəffaflığı təmin olunur, müqavilə bağlayan şəxslərin birinin digərinə təminatsız ödənişlərinin və əsassız risklərinin qarşısı alınır. Notarius müraciət edən şəxslərə qərəzsiz xidmət göstərir, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını müdafiə edir, dövlətlə şəxslərin arasında vasitəçi rolu oynayır.
Gürcüstanda bütün dövlət reyestrləri, o cümlədən daşınmaz əmlakın dövlət reyestri Ədliyyə Nazirliyinin "Ədliyyə Evi"ndə fəaliyyət göstərir. Notariuslar həmin reyestrlərdən real vaxt rejimində istifadə etməklə bərabər mülkiyyət hüquqlarını qeydə alaraq çıxarış verirlər. Sonuncu halda notarius əlavə olaraq qeydiyyatçı vəzifəsini icra edir.
Qeydiyyat və notariat baş idarəsinin aparıcı məsləhətçisi Vidadi Mayıl "Azərbaycan Respublikasında