Ədliyyə Akademiyasında jurnalistlər üçün seminar keçirilmişdir

İyulun 16-da Ədliyyə Nazirliyi tərəfindən penitensiar müəssissələrə ictimai nəzarəti həyata keçirən və məhkumların islah olunmasında ictimaiyyətin iştirakını təmin edən İctimai Komitə ilə birgə Ədliyyə Akademiyasında penitensiar sistemin fəaliyyətinə, habelə amnistiya aktının və əfv fərmanının icrasına dair yazılar (materiallar) hazırlayan jurnalistlər üçün seminar keçirilmişdir.

Seminarda ölkənin aparıcı kütləvi informasiya vasitələrinin 20-yə yaxın nümayəndəsi iştirak etmişdir.

Tədbirdə Ədliyyə Nazirliyinin bir sıra məsul əməkdaşları tərəfindən ölkəmizdə insan hüquqlarının etibarlı təmin olunması, ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə həyata keçirilən müətərəqqi islahatlar barədə ətraflı məlumat verilmiş, bu proseslərdə ictimaiyyətin, xüsusilə QHT-lərin və KİV nümayəndələrinin yaxından iştirakına böyük əhəmiyyət verildiyi vurğulanmışdır.

Həmçinin, ədliyyə orqanlarında şəffaflığın və aşkarlığın təmin olunması üzrə məqsədyönlü işlər qeyd olunmuş, interaktiv dialoq aparılaraq, jurnalistlərin çoxsaylı suallarına aydınlıq gətirilmişdir.

Çıxış edən İctimai Komitənin üzvləri qurumun səmərəli fəaliyyətindən danışmış, keçirilən tədbirlərin KİV-də mütəmadi işıqlandırılmasının təmin edildiyini bildirmişlər.

Təlimdə Azərbaycan Respublikasında cəzaların icrasının qanunvericilik əsasları və Penitensiar Xidmətin cəza çəkmə müəssisələrində rejim qaydaları mövzusunda təqdimatlar edilmiş, jurnalistlərə müvafiq ədəbiyyat paylanmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez