Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair ictimai təqdimat keçirilib

"Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası çərçivəsində dekabrın 19-da Sumqayıt şəhərində Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair ictimai orqanlarının qəbuluna onlayn yazılış və elektron müraciət kimi xidmətlər təşkil olunub.

Qeyd olunanlarla yanaşı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, mətbu nəşrlərin uçotu, qrantların qeydiyyatı və qeyri-kommersiya hüquqi şəxslərin ləğvi barədə ilk məlumatın dərc olunması ilə bağlı müraciətin və sənədlərin qəbulunun elektron qaydada aparılması, borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün tələb olunan ödənişlərin internet vasitəsilə həyata keçirilməsi imkanları yaradılıb.

Hər bir elektron xidmət əyani nümayiş etdirilərək, onun istifadəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.

Tədbir zamanı, həmçinin ölkə başçısının "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanının icrası məqsədilə yaradılmış "Fərdi elektron pəncərə" elektron məlumat sistemi və "ASAN xidmət" mərkəzlərində ədliyyə orqanlarının fəaliyyəti haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez