19-06-2015 | 04:02 862
Əhaliyə yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, onların məmnunluğunun təmin edilməsi Ədliyyə Nazirliyinin diqqət mərkəzində sakinləri olduqları şəhər və rayonları tərk etmədən nazirliyə canlı müraciət edərək sualların yerində cavablandırılması üçün yeni imkanlar yaradır.
Növbəti dəfə video-qəbul Qeydiyyat və notariat baş idarəsi tərəfindən Xaçmaz regional ədliyyə şöbəsinin ərazi yurisdiksiyasına daxil olan rayonların sakinləri üçün təşkil olunmuşdur.
Video-qəbul zamanı vərəsəlik hüquq münasibətlərinin qanunvericiliyə uyğun tənzilmlənməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə məhkəmə qətnamələrinin icrası ilə əlaqədar yaranan problemlərin həllinə dair müraciətlər baş idarənin rəisi İlqar Məmmədova ünvanlanmışdır.
Verilmiş suallarla bağlı qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilmiş, habelə zəruri olan tədbirlərin görülməsi üçün video-qəbulda iştirak edən aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.