24-10-2015 | 04:02 854
Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara diqqətli munasibət, layiqli xidmət göstərilməsi və süründürməçiliyin aradan qaldırılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə virtual qəbul təcrübəsindən istifadə edilərək mütəmmadi olaraq regionlarda yaşayan vətəndaşların qəbulu həyata keçirilir.
Növbəti dəfə video-qəbul Qeydiyyat və notariat baş idarəsi tərəfindən İmişli regional ədliyyə şöbəsinin ərazi yurisdiksiyasına daxil olan rayonların sakinləri üçün təşkil olunmuşdur.
Video-qəbulda notariat və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının fəaliyyəti, o cümlədən vəsiyyətnamənin təsdiqi zamanı qanunvericiliyin normalarının tətbiqi, həmçinin valideyni xarici vətəndaş olan uşaqların doğumunun dövlət qeydiyyatı ilə əlaqədar müraciətlər baş idarənin rəisi İlqar Məmmədova ünvanlanmışdır.
Qeyd olunan məsələlərə dair qanunvericiliyin tələbləri təfərrüatlı izah olunmuş, habelə zəruri olan tədbirlərin görülməsi üçün qəbulda iştirak edən aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.